Anadangəlmə əlillərin pensiyası artırılacaq
20 Fevral 2013 18:06 İqtisadiyyatAnadangəlmə əlil və özünü idarə edə bilməyən 1-ci qrup əlillərin pensiyası artırılacaq. Bu barədə məlumat verən millət vəkili, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, artıq bununla bağlı komitəyə təkliflər daxil olub: "Hazırda həmin təkliflər üzərində işlənilir. Sənəd rəy alınmasi üçün müvafiq qurumlara göndəriləcək. Bundan sonra layihə halında müzakirəyə çıxarılacaq". Qeyd edək ki, hazırda anadangəlmə əlil və özünü idarə edə bilməyən 1-ci qrup əlillər 62 manat pensiya alır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31