Qeyri-iş günlərinə görə işçilərə əməkhaqqı necə ödənilməlidir?

Azərbaycan qanunvericiliyində qeyri-iş günlərinə görə işçilərə əməkhaqqının ödənilməsi hansı formada həyata keçirilməlidir?

Milli.Az-ın məlumatına görə, Day.Az saytına açıqlamasında bu suala Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Asəf Əliyev aydınlıq gətirib: "İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı bu cür ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla, əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla. Aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilməlidir".
A.Əliyevin sözlərinə görə, əmək hüquqlarının pozulmasına yol verən işəgtürən 1500 manat məbləğində cərimə olunur. Qeyri-iş günü işləyən, lakin buna görə qanunda nəzərdə tutulmuş qaydada əməkhaqqı ala bilməyən şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə müraciət edə bilər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31