8 ildə Azərbaycan iqtisadiyyatına 60,7 milyard dollar xarici sərmayə yatırılıb

2012-ci il müstəqillik illərində xarici investorların ölkəmizdə ən yüksək fəallığı ilə xarakterizə olunur. İlkin məlumatlara görə, ölkə iqtisadiyyatına yönəldilmiş xarici investisiyaların həcmi əvvəlki ilə nisbətən 18,9 faiz artaraq 10,3 milyard ABŞ dolları olub. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə,  investisiyaların 30,4 faizi iqtisadiyyata maliyyə kreditləri, 52,2 faizi birbaşa, 17,4 faizi isə portfel və digər investisiyalar şəklində daxil olub. Birbaşa investisiyaların həcmi 5,4 milyard dollar təşkil edərək 2011-ci illə müqayisədə 25,4 faiz artmış, onun 4,3 milyard dolları və ya 79,7 faizi iqtisadiyyatın neft-qaz sektoruna yönəldilib. 2012-ci ildə ölkə rezidentlərinə 3,1 milyard ABŞ dolları ekvivalentində xarici kreditlər təqdim edilmiş, onlardan 39,7 faizi dövlət təminatlı kreditlər olub. 2004-2012-ci illər ərzində Azərbaycan iqtisadiyyatına 60,7 milyard dollar həcmində xarici sərmayə yatırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31