Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Baş Əlaqələndirici Şəxslərinin 19-cu Forumu işə başlayıb
19 Fevral 2013 16:24 İqtisadiyyatFevral ayının 19-da Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Baş Əlaqələndirici Şəxslərinin 19-cu Forumu öz işinə başlamışdır. Forumda 33 üzv ölkənin, eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD), IOTA-nın nümayəndələri və IOTA-nın Prezidenti cənab Samuel Tanner iştirak edirlər. Tədbiri giriş sözü ilə açan vergilər nazirinin müavini Sahib Ələkbərov Vergilər Nazirliyi adından Forum iştirakçılarını salamlamışdır. S.Ələkbərov qeyd etmişdir ki, İOTA vergi sahəsində təcrübə mübadiləsinin aparılması və uğurlu hesab edilən təcrübələr barədə ətraflı məlumatların əldə edilməsi baxımından üzv dövlətlər üçün əlverişli platforma rolunu oynayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31