Yeni ilin ilk hərracında 15 dövlət əmlakı özəlləşdirilidi

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə növbəti hərrac 8 yanvar tarixində keçirilib. Komitədən “Olaylar”a bildirilib ki, ilin ilk hərracında iştirak üçün investorlar tərəfindən 5 kiçik dövlət müəssisə və obyekti, 9 qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikili üzrə ümumilikdə 21 sifariş verilmişdi.

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə növbəti hərrac 8 yanvar tarixində keçirilib. Komitədən "Olaylar"a bildirilib ki, ilin ilk hərracında iştirak üçün investorlar tərəfindən 5 kiçik dövlət müəssisə və obyekti, 9 qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikili üzrə ümumilikdə 21 sifariş verilmişdi. Paytaxtda yerləşən kiçik dövlət müəssisələrdən biri rəqabətli mühitdə özəlləşdirilib. Belə ki, Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsindəki mağazanın ümumi faydalı sahəsi 95.8 kv.m-dir. Dövlət əmlakına ilkin qiymət 35 min manat təyin olunsa da, sifarişçilərdən biri 35 min 500 manat təklif edərək obyekti özəlləşdirdi. Müxtəlif xidmət sahələri üzrə biznes imkanları təklif edən obyektlərdən biri də Sabunçu rayonu, Nardaran qəsəbəsindəki Əmlak kompleksidir. Ümumi faydalı sahəsi 1455 kv.m olan dövlət əmlakının sifarişçisi onu təyin olunan ilkin hərrac qiymətinə- 60 min manata özəlləşdirdi. Qax rayonundakı əmlakın isə ümumi faydalı sahəsi 661,5 kv.m-dir. Bu dövlət obyektini özəlləşdirən şəxs 3293 kv.m-lik torpaq sahəsi ilə birgə əmlaka investisiya yatıra biləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31