Keçən il çoxmərtəbəli binalar üzrə 27598 mənzildə təbii qazın açılması təmin olunub
“Azəriqaz” İstehsalat Birliyi 2018-ci ilin yanvar-dekabr ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə təbii qazın verilməsini təmin edib. Qurumdan “OLAYLAR”-a bildirilib ki, həmin binalarda ümumilikdə 27598 ailə yaşayır.
4 Yanvar 2019 15:50 İqtisadiyyat"Azəriqaz" İstehsalat Birliyi 2018-ci ilin yanvar-dekabr ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə təbii qazın verilməsini təmin edib. Qurumdan "OLAYLAR"-a bildirilib ki, həmin binalarda ümumilikdə 27598 ailə yaşayır.
"Azəriqaz" İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə "mavi yanacaq"la təmin olunmasında maraqlıdır.