Əhalinin gəlirləri bahalaşmanı üstələyib

Cari ilin yanvar ayında əhalinin gəlirləri 2012-ci ilin eyni ayı ilə müqayisədə 5,3 faiz artaraq 2,3 milyard manat təşkil edib. Dövlət Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə,  onun hər nəfərə düşən həcmi orta hesabla 246,1 manat təşkil edib. Hər nəfərə düşən gəlirlər 3,9 faiz artaraq istehlak qiymətlərinin bahalaşmasını 3,1 faiz bəndi üstələmiş, yəni hər nəfərə gəlirlər real ifadədə 3,1 faiz artıb.  Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 2,7 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,0 faiz çox vəsait qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31