2000-dək mühəndis-pedaqoji heyətin aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb

2018-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan, diaqnostik qiymətləndirilməsi aparılan 2000-dək mühəndis-pedaqoji heyətin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyi yayıb.

2018-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan, diaqnostik qiymətləndirilməsi aparılan 2000-dək mühəndis-pedaqoji heyətin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyi yayıb.

Nazirlikdən o da bildirilib ki, 2018-ci ildə Avropa İttifaqının maliyyə dəstəyi ilə "Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi" Texniki Yardım  və 4 qrant layihələri çərçivəsində ümumilikdə 23 ixtisas üzrə səriştə əsaslı təhsil proqramı (kurikulum) və 100 modul-dərslik vəsaiti hazırlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31