Bu il Türkiyəyə 800 mindən çox Azərbaycan turisti səfər edib
28 Dekabr 2018 17:48 İqtisadiyyat2018-ci ilin yanvar-noyabr aylarında Türkiyəyə Azərbaycandan 802 820 turist səfər edib.
Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.
Bu ilin 11 ayı ərzində Türkiyəyə gedən azərbaycanlı turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12,57 faiz artıb.
Bu müddət ərzində Türkiyəyə gələn əcnəbilər arasında Azərbaycan turistlərinin payı 2,24 faiz təşkil edib.
Təkcə bu ilin noyabr ayında Azərbaycandan Türkiyəyə 59,1 min turist səfər edib ki, 2017-ci ilin noyabr ayı ilə müqayisədə bu, 9,51 faiz çoxdur.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31