Azərbaycan nümayəndə heyəti İranda səfərdə olub

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti və İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslamin rəhbərlik etdiyi İran nümayəndə heyəti Astara yükaşırma terminalının tikintisinin gedişi ilə tanış olub, Astaraçay çayı üzərində yeni körpünün inşa olunacağı əraziyə baxış keçiriblər. İqtisadiyyat Nazirliyindən “Olaylar”a bildirilb ki,

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti və İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslamin rəhbərlik etdiyi İran nümayəndə heyəti Astara yükaşırma terminalının tikintisinin gedişi ilə tanış olub, Astaraçay çayı üzərində yeni körpünün inşa olunacağı əraziyə baxış keçiriblər. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilb ki,

nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, "Azərbaycan Dəmir Yolları" QSC-nin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin, Astara Rayon İcra Hakimiyyətinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbər şəxsləri daxildir.

Qeyd edək ki, Astara yükaşırma terminalı 35 hektar sahədə yerləşir və tikinti işləri iki mərhələ üzrə həyata keçirilir. Artıq birinci mərhələ üzrə Astaraçay və Kəmərbəndi körpüsü arasında 1400 metrlik dəmir yolunun, Bağçasaray körpüsünün, eləcə də Kəmərbəndi körpüsünün Ərdəbil və Rəşt istiqamətində 1440 metr uzunluğunda avtomobil yolunun tikintisi tamamlanaraq istifadəyə verilib. Astara yükaşırma terminalının 10 hektar ərazisində isə torpaq işlərinin 90%-i, suötürücü kanalın tikintisi işlərinin 85%-i yerinə yetirilib, 1,6 km uzunluğunda dəmir yol xətti inşa olunub, 1800 m2-lik yükdoldurma-yükboşaltma platforması və gömrük binası tikilərək istifadəyə verilib. Ümumilikdə, tikinti-quraşdırma işlərinin 2020-ci ilin 1-ci rübünün sonunadək başa çatdırılması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31