Şəki Toxum Emalı Fabrikində ilkin test sınağı keçirilib
26 Dekabr 2018 12:42 İqtisadiyyat\Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında" sərəncamının icrasını həyata keçirmək məqsədilə Kənd Təsərrüfatını Nazirliyinin maliyyə dəstəyi ilə Şəki, Xaçmaz, Qobustan, Ağcəbədi və Tovuz rayonlarında toxum emalı müəssisələrinin tikintisi nəzərdə tutulub. Nazirlkdən "Olaylar"a bildirilib ki, artıq Ağcabədi rayonunda toxum emalı fabrikinin tikintisinə başlayıb, Xaçmaz rayonunda isə fabrikin tikintisində son tamamlanma işləri aparılır. Şəki Toxum Emalı Fabrikinin tikintisi isə tam şəkildə bitərək, cari məhsul mövsümündə dənli bitkilərin qəbulu üçün tam hazır vəziyyətə gətirilib. Fabrikdə xaricdə istehsal olunan və texnologiyanın son nailiyyətləri ilə təchiz olmuş avadanlıqlar quraşdırılıb. Burada fermerlərin istehsal etdikləri məhsulların yüksək keyfiyyətlə təmizlənməsi, dərmanlanması və qablaşdırılması həyata keçiriləcək.