Qaytarılan əmanətlər inflyasiyaya məruz qalmaya bilər - Samir Şərifovdan açıqlama
31 May 2012 17:35 İqtisadiyyatVətəndaşlara qaytarılan sovet banklarında qalan əmanətlər infliyasiyaya məruz qalmaya bilər. "OLAYLAR"ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, əmanətlərin qaytarılması prosesinin ölkədə inflyasiyaya təsir edəcəyi gözlənilmir: "Bunun iki əsas səbəbi var. Birincisi, biz gözləmirik ki, qaytarılan vəsaitlər dərhal istehlak bazarına yönəldiləcək. Təbii ki, onların bir hissəsi dərhal xərclənməyəcək. İkincisi, yay aylarında ənənəvi olaraq qiymətlərin enməsi müşahidə olunur və infliyasiya aşağı düşür. Əmanətlərin qaytarılmasının əsas vaxtı da məhz yay aylarına düşəcək. Ona görə də ümid edirik ki, bu əmanətlər infliyasiyaya məruz qalmayacaq ".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31