2000 gənc sahibkar olmaq üçün ilk addımı atdı
Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax, Şəki-Zaqatala iqtisadi regionlarından öz ideyasına güvənən 2000 gənc artıq “Yeni Nəsil” Gənc Sahibkarlara Dəstək Proqramına müraciətini tamamlayıb.
20 Dekabr 2018 16:18 İqtisadiyyatAbşeron, Quba-Xaçmaz, Gəncə-Qazax, Şəki-Zaqatala iqtisadi regionlarından öz ideyasına güvənən 2000 gənc artıq "Yeni Nəsil" Gənc Sahibkarlara Dəstək Proqramına müraciətini tamamlayıb.
Olaylar.az bildirir ki, noyabr ayında start götürmüş proqram ümumilikdə 2019-cu ilin sentyabr ayına qədər davam edərək 2000 gənci əhatə edəcək və Azərbaycanın "yeni nəsil" gənclərini üzə çıxaracaq. Layihə ümumi olaraq 4 mərhələdən ibarətdir. Belə ki, layihənin 1-ci mərhələsi dekabr ayında artıq yekunlaşıb. Bu mərhələdə 4 iqtisadi regiondan ümumilikdə 2030 gənc layihə ilə bağlı məlumatlandırılaraq ilkin təlim sessiyalarında iştirak edib.
İdeyalarını reallaşdırmaq istəyən, öz startapını yaradaraq biznes və sahibkarlıq ekosisteminə qoşulmaq istəyən gənclər artıq ilkin təlimlərini yekunlaşdırıb. Belə ki, Abşeron iqtisadi regionu üzrə 759 nəfər, Quba-Xaçmaz iqtisadi regionu üzrə 325 nəfər, Gəncə-Qazax iqtisadi regionu üzrə 503 nəfər, Şəki-Zaqatala iqtisadi regionu üzrə 443 nəfər proqramın 1-ci mərhələsində ilkin biznes təlimlərində iştirak edərək proqrama müraciət edib. "New Generation" (Yeni Nəsil) proqramı Bakı şəhərində Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Odlar Yurdu Universiteti və Xəzər Universitetlərində tələbələrlə müxtəlif təlimçilər vasitəsi ilə ilkin təlimlər keçirib.
Əhatə olunmuş 2000 gənc arasından sahibkarlıq təşəbbüs və ideyaları daha yüksək olan 1000 layihənin 2-ci mərhələsində iştirak haqqı edərək 35.000 AZN-dək investisiya qazanmaq şanı əldə edəcək. Layihənin ikinci mərhələsi 2018-ci ilin dekabr ayında başlayaraq 2019-cu ilin fevral ayında yekunlaşacaqdır.