“AtaSığorta”nın lisenziyası dayandırıldı

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə "AtaSığorta" Açıq Səhmdar Cəmiyyətinətəkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi dayandırılıb. Bu barədə Palatadan məlumat verilib. Bildirilib ki, "AtaSığorta" Açıq Səhmdar Cəmiyyətinin məcmu kapitalının tələb olunan kapitalından az olması ilə əlaqədar "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun (Qanun) 106.1.8-ci  maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən, Palatanın İdarə Heyətinin 17 dekabr 2018-ci il tarixli qərarı ilə "AtaSığorta" Açıq Səhmdar Cəmiyyətinə təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi 5 ay müddətinə dayandırılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31