Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi ilə bağlı təlim başlayıb

"Hyatt Regency Baku" otelində Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları üçün "Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi" layihəsi çərçivəsində növbəti təlim başlayıb. Kimitədən “Olaylar”a bildirilib ki, təlim Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilir. Dövlət Gömrük Komitəsi Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Sərnişin Dəhlizinin İdarə olunması şöbəsinin rəisi Vasif Qurbanov son illərdə ölkəmizin turizm potensialının sürətlə artdığını bildirib və qeyd edib ki, bu da gömrük-sərhəd buraxılış məntəqələrində vətəndaşların, miqrantların, həmçinin turistlərin keçidinin daha da sürətləndirilməsi, rəsmiləşdirilmə prosesinin daha da sadələşdirilməsi istiqamətində yeni yanaşmaları tələb edir. Vasif Qurbanov gömrük orqanları tərəfindən bu istiqamətdə atılan addımlar barədə məlumat verib və təlimin ümumi işə faydalarından danışıb.

"Hyatt Regency Baku" otelində Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları üçün "Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi" layihəsi çərçivəsində növbəti təlim başlayıb. Komitədən "Olaylar"a bildirilib ki, təlim Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilir. Dövlət Gömrük Komitəsi Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Sərnişin Dəhlizinin İdarə olunması şöbəsinin rəisi Vasif Qurbanov son illərdə ölkəmizin turizm potensialının sürətlə artdığını bildirib və qeyd edib ki, bu da gömrük-sərhəd buraxılış məntəqələrində vətəndaşların, miqrantların, həmçinin turistlərin keçidinin daha da sürətləndirilməsi, rəsmiləşdirilmə prosesinin daha da sadələşdirilməsi istiqamətində yeni yanaşmaları tələb edir. Vasif Qurbanov gömrük orqanları tərəfindən bu istiqamətdə atılan addımlar barədə məlumat verib və təlimin ümumi işə faydalarından danışıb.

3 gün davam edəcək təlimdə BMqT-nin eksperti Bartosz Robert Gruszecki iştirakçılara "Risklərin idarə edilməsində və nəzarətində psixologiya", "Sərnişinlərə nəzarət zamanı seçicilik", "Yüksək risk qrupuna aid səyahətçilərə yönlənmə", "Səyahət üçün sadələşdirilmiş gömrük bəyannamələri", "Səyahətçilərin daşıdığı gömrük nəzarətindən azad olan malların gömrük nəzarəti", "Müvəqqəti idxal edilmiş nəqliyyat vasitələrinin gömrük nəzarəti", "Qadağan olunmuş malların gömrük nəzarəti", "Valyuta və dəyərli metalların gömrük nəzarəti" mövzularında, müşahidə və müsahibə texnikaları barədə məlumat verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31