Cenevrədə innovativ və yüksək texnologiyalar üzrə Azərbaycan startaplarının təqdimatı olub
İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Beynəlxalq Telekommunikasiya İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycanda əqli mülkiyyətin inkişafı: innovativ və yüksək texnologiyalar üzrə startapların təqdimatı” mövzusunda sərgi-konfrans keçirilib. “Olaylar” xəbər verir ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş qərargahında təşkil olunan sərgi-konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub.
20 Dekabr 2018 13:47 İqtisadiyyatİsveçrə Konfederasiyasının Cenevrə şəhərində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Beynəlxalq Telekommunikasiya İttifaqının birgə təşkilatçılığı ilə "Azərbaycanda əqli mülkiyyətin inkişafı: innovativ və yüksək texnologiyalar üzrə startapların təqdimatı" mövzusunda sərgi-konfrans keçirilib. "Olaylar" xəbər verir ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş qərargahında təşkil olunan sərgi-konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub.
Açılış mərasimində çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ölkəmizin innovativ inkişafından danışıb. Nazir bildirib ki, Azərbaycanda innovativ inkişaf ölkənin inkişaf prioritetlərindəndir və bu məsələ hökumət tərəfindən dəstəklənir. O qeyd edib ki, həm institusional, həm də iqtisadi islahatlar çərçivəsində ölkədə innovasiya ekosisteminin qurulması, startapların inkişafı üçün ciddi addımlar atılır.