Qazaxda epizootik tədbirlər yekunlaşıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Qazax Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində mövcud epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində aparılan tədbirlərlə yanaşı, mal-qara və quşlar yetişdirilən və saxlanılan binaların, dezinfeksiyası və dezinseksiyası aparılır. Nazirlikdən "Olaylar"a bildirilib ki, həmçinin rayonda mütəmadi olaraq diri heyvanların satışı aparılan 2200 kvadratmetr sahəsi olan mal bazarı və "Qırmızı Körpü" Sərhəd Keçid Məntəqəsinin Şıxlı kəndi ərazisində yerləşən terminalında Gürcüstan Respublikası və digər ölkələrdən kəsim məqsədi ilə gətirilmiş heyvanların boşaldığı ərazi dezinfeksiya edilir. Qeyd edilib ki, cari ilin müvafiq dövrü ərzində Qazax rayonunda 21710 kvadratmetr ərazidə dezinfeksiya tədbirləri aparılıb.Rayonda epizootik sabitliyi qorumaq məqsədi ilə "Epizootiya əleyhinə diaqnostika və profilaktik tədbirlər planı"na uyğun rayon ərazisində saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr icra edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31