Üç dərman şirkəti birləşdi - "Zəfəran" Şəbəkəsinin sahibi ləğv edildi
19 Dekabr 2018 15:03 İqtisadiyyat"Shafran" MMC və "Avestafarm" MMC-nin fəaliyyətinə xitam verilərək "Azəri Med" MMC-yə qoşulublar.
Elanda deyilir ki, ""Azəri Med" MMC, "Shafran" MMC və "Avestafarm" MMC-nin fəaliyyətinə xitam verilərək ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir".
Qeyd edək ki, "Azəri Med" şirkəti farmaseftik preparatların satışı ilə məşğul olur.
"Shafran" MMC isə məşhur "Zəfəran" apteklər şəbəkəsinin sahibi - hüquqi təmsilçisidir.
"Avestafarm" MMC dərman pərakəndə satışı ilə (apteklər və əczaçılıq) məşğul olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31