Xaçmazda bağçılığa dair sərgi-konfrans keçirilib
Dekabrın 18-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Xaçmazda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində bağçılıq sahəsində qabaqcıl təcrübənin və bu sahənin inkişafına göstərilən dövlət dəstəyi mexanizmlərinin sahibkarlara çatdırılması, eləcə də istehsal, emal, saxlanma və logistika üzrə dəyər zəncirinin yaradılması məsələlərinə həsr olunmuş regional sərgi-konfrans keçirilib.
18 Dekabr 2018 18:04 İqtisadiyyatDekabrın 18-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Xaçmazda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində bağçılıq sahəsində qabaqcıl təcrübənin və bu sahənin inkişafına göstərilən dövlət dəstəyi mexanizmlərinin sahibkarlara çatdırılması, eləcə də istehsal, emal, saxlanma və logistika üzrə dəyər zəncirinin yaradılması məsələlərinə həsr olunmuş regional sərgi-konfrans keçirilib.
Nazirlikdən "Olaylar"a bildirilib ki, konfransı giriş sözü ilə açan İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkədə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılmasının, sahibkarlığın inkişafının Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd edilib ki, ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir, qanunvericilik bazası təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir, vergi yükü azaldılır. Reallaşdırılmış sistemli dövlət dəstəyi tədbirləri nəticəsində qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin sayı 900 mini ötüb, ÜDM-də özəl sektorun payı 80%-i, məşğulluqda isə 75%-i keçib. Sahib Məmmədov dövlət başçısının müvafiq Fərmanı ilə sahibkarların kredit resurslarına çıxış imkanlarının daha da genişləndirilməsi məqsədilə yaradılmış Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti barədə danışaraq, Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları və Fondun vəsaitlərindən istifadə etmək istəyən sahibkarlar arasında əməkdaşlığın səmərəliliyinin daha da artırılması istiqamətində konkret tədbirlərin görüldüyünü, bu istiqamətdə operativlik, sahibkar məmnunluğunun təmin olunması və eləcə də sahibkarların maarifləndirilməsi istiqamətində tədbirlərin davam etdiriləcəyini diqqətə çatdırıb.