Azərbaycan sahibkarlarının bir nömrəli himayədarı

Artıq uzun illərdir ki, Azərbaycan öz uğurlu inkişaf yolunu keçir. Bütün istiqamətlərdə qeydə alınan müsbət dinamika ölkə iqtisadiyyatının sürətli şəkildə inkişafına zəmin yaradır. Təbii ki, əldə edilən nailiyyətlər, uğurları şərtləndirən başlıca amil isə düzgün idarəçilik və həyata keçirilən məqsədyönlü siyasətdir. Xüsusilə son 15 ildə həyata keçirilən uğurlu siyasət Azərbaycanın hərtərəfli inkişafına imkan yaradıb.

Artıq uzun illərdir ki, Azərbaycan öz uğurlu inkişaf yolunu keçir.  Bütün istiqamətlərdə qeydə alınan müsbət dinamika ölkə iqtisadiyyatının sürətli şəkildə inkişafına zəmin yaradır. Təbii ki, əldə edilən nailiyyətlər, uğurları şərtləndirən başlıca amil isə düzgün idarəçilik və həyata keçirilən məqsədyönlü siyasətdir. Xüsusilə son 15 ildə həyata keçirilən uğurlu siyasət Azərbaycanın hərtərəfli inkişafına imkan yaradıb.

Bu birmənalıdır ki, istənilən ölkə iqtisadiyyatının inkişafına təkan verən əsas amillərdən biri də həmin ölkədə normal sahibkarlıq, biznes mühitinin formalaşdırılmasıdır. Bu mənada Azərbaycanda qeyd edilən istiqamətdə mövcud vəziyyəti qənaətbəxş hesab etmək olar.  Son 15 ildə dövlətin sahibkarlara, iş adamlarına göstərdiyi diqqət və qayğı bu sektorun inkişafında müsbət dinamikaya səbəb olub desək yanılmarıq. İldən-ilə Sahibkarlığa Kömək Milli Fondundan iş adamlarına ayrılan vəsaitlərin həcminin artırılması bui sektorda çalışan insanlarda əlavə stimul yaradır ki, bu da nəticə etibarilə onları daha məhsuldar və daha işlək olmağa sövq edir. Burada bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, ölkədə sahibkarlığın inkişafı yalnız bu sektorda çalışanlara maliyyə dəstəyinin göstərilməsi ilə kifayətlənmir. Paralel olaraq sahibkarların zaman-zaman üzləışdikləri problemlərin həlli istiqamətində də dövlət tərəfindən lazımı addımlar atılır. Bu gün sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin bir nömrəli himayədarı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevdir desək yanılmarıq. 2003-cü ildən ölkəyə rəhbərlik edən Cənab İlham Əliyev ötən 15 il ərzində ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, sahibkarlara, iş adamlarına əlavə güzəştlərin verilməsi. onların üzləşdikləri bəzi brökratik əngəllərin aradan qaldırılması istiqamətində məqsədyönlü addımlar atıb, müvafiq sənədlər, fərman və sərəncamlar imzalayıb. Məhz dövlət başçısının sahibkarlara göstərdiyi diqqət və qayğının nəticəsidir ki, öz növbəsində xarici iş adamları da Azərbaycana investisiya yatırmaqda maraqlı görünürlər.  Bu gün ölkəmizdə onlarla ölkənin iş adamı fəaliyyət göstərir ki, onları da Azərbaycana investisiya yatırmağa sövq edən başlıca amil məhz ölkəmizdə normal sahibkarlıq mühitinin yaradılmasıdır.  Zaman-zaman sahibkarlar təbəqəsinin qorunması və biznes mühitinin yaxşılaşdırılması məqsədilə institusional islahatlar, vergi islahatları aparılır, eyni zamanda sahibkarla dövlət dəstəyi davam etdirilir.

Müsbət məqamlardan biri də ondan ibarətdir ki, istər yerli. istərsə də xarici iş adamları təkcə paytaxt Bakıda fəaliyyət göstərmək, Bakıya investisiya yatırmaqla kifayətlənmirlər. Onlar eyni zamanda bölgələrə də nüfuz edir, ayrı-ayrı regionlara investisiya qoyaraq əyalətlərdə müxtəlif sahələrin inkişafına təkan verirlər. Bu mənada ş adamlarını regionlara, əyalətlərə təşviq edən əsas vasitə isə 2004-cü ildən etibarən mərhələli şəkildə icra edilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarıdır desək yanılmarıq. Qeyd edək ki, sözügedən Dövlət Proqramlarında iş adamlarının bölgələrdə fəaliyyət göstərməsi üçün lazımı şəraitin yaradılması ilə bağlı xüsusi müddəalar yer alır ki, məhz həmin qeyd edilən məqamlar da iş adamlarını regionlara investisiya yatırmağa sövq edir. Bu gün yerlərdə yaradılan turizm istirahət mərkəzləri, tikilun istifadəyə verilən mehmanxana, otellər, müxtəlif emal müəssisələrinin yaradılması və s. məhz Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramından irəli gələrək iş adamlarının yerlərdə göstərdiyi müsbət fəaliyyətlərin göstəricisidir.

Yuxarıda qeyd etdiyimiz kimi ölkə sahibkarlarının bir nömrəli himayədarı məhz Prezident İlham Əliyevdir və dövlət başçısı bütün görüşlərində, etdiyi çıxışlarda sahibkarlara dəstək nümayiş etdirir. Cənab Prezident hər zaman qətiyyətlə bildirir ki, sahibkarlar üçün şərait daha da yaxşılaşdırılmalı, onlara qarşı yönəlik bürokratik əngəllər aradan qaldırılmalıdır. Bu mənada Cənab Prezidentin Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci ilinin yekunlarına həsr olunmuş konfransındakı çıxışı xüsusi qeyd edilməldiir. Hələ 2006-cı ildə Cənab Prezident sahibkarlara dəstək olaraq bildirmişdir ki, :Azərbaycan Prezidenti sahibkarları dəstəkləyir, onlara inanır. Siz də həmişə mənə arxalana bilərsiniz. Bütün xoşagəlməz hallar haqqında mənə birbaşa məruzə edə bilərsiniz. Çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, sərbəst, azad, rahat şəkildə fəaliyyətinizi davam etdirəsiniz".

Hazırda bu sahədə mövcud olan vəziyyət və sahibkarlara yaradılan şərait, eləcə də onların normal qaydada fəaliyyət göstərib ölkə iqtisadiyyatının inkişafına verdiyi töhfələr onu deməyə əsas verir ki, Cənab İlham Əliyev ötən 15 il ərzində bütün istiqamətlərdə olduğu kimi iş adamları ilə bağlı vədləri də yüksək sıəviyyədə yerinə yetirib, onların bir nömrəli himayədarına çevrilib. Məhz bu amil ölkədə sahibkarlığın daha da inkişaf etməsinə gətirib çıxaran başlıca amillərdəndir

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31