Dövlət proqramları nəticəsində ölkədə aqroparkların yaradılmasına başlanılıb

Nihad Pənahov: "Dövlət Proqramlarının icrası çox uğurla davam etdirilir"

"Azərbaycanda regionların sosial-iqtisadi inkişafı haqqında 2004-cü ilin əvvəllərində qəbul edilmiş ilk Dövlət Proqramı çox tarixi hadisə oldu. Bu proqramın qəbul edilməsi gözlənildiyindən də artıq respublikamızın regionlarında çox böyük, geniş miqyaslı dönüş yaratdı. Eyni zamanda gələcək dövrdə regionların sürətli inkişafı baxımından da çox sağlam bir təməl qoyuldu.

Bu gün iqtisadiyyatımızın dayanıqlığı, davamlı inkişafı üçün qəbul olunan Dövlət proqramlarının rolu misilsizdir.Dövlət proqramlarının qəbul olunmadığı illərlə ölkəmizin indiki durumu müqayisəyə gəlmir. Dövlət proqramlarının qəbulu regionlarımızın sosial-iqtisadi inkişafı Azərbaycanın regionda lider dövlətə çevrilməsində müstəsna rol oynamışdır. Bu proqramların qəbulu və icrası ölkəmizin iqtisadiyyatının şaxəli inkişafına nail olaraq iqtisadiyyatımızın bütün sferalarını əhatə etdi. Bu misal olaraq Kənd təsərrüfatının, turizmin, sənayenin inkişaf etdirilərək regionlarımızda da istehsal və sosial infrastrukturanın yenidən qurulmasına nail olundu.Artqıq Bu il üçüncü Dövlət Proqramının icrası başa çatır və bu il dördüncü proqramın icrasına başlanılıb və uğurla icra edilir." Bu fikirləri Olaylar.az-a açıqlamasında YAP Tovuz rayon təşkilatı Aparat rəhbəri, YAP Tovuz rayon təşkilatı Gənclər Birliyinin sədri Nihad Pənahov bildirib.

Nihad Pənahov qeyd edir ki, bütövlükdə ölkəmizdə regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası çox uğurla davam etdirilir: "Dördüncü proqram da uğurla icra edilir və qarşımızda duran bütün vəzifələrin icrası öz həllini tapmaqdadır. Bölgələrin sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarından söz düşmüşkən bunu qeyd etməyi özümə borc bildim deyim ki, hazırda bu proqramın icrası ilə əlaqədar layihələrin icrasına başlanılıb ki buda bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 30 mart 2018-ci il tarixli sərəncamına uyğun olaraq Tovuz şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz etmək üçün alternativ su mənbəyinin yaradılması və yeni mənbədən şəhərə magistral su kəmərinin çəkilişinə başlanılıb. İçməli su layihələri rayonun Qədirli, Xatınlı, Çilovdarlı, Əlimərdanlı və Qaraxanlı kəndlərini əhatə edir. Bu kəndlərin içməli su problemini həll etmək məqsədilə cari ilin iyun ayından layihənin icrasına başlanılıb. Layihəyə əsasən, kəndləri keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə 2 ədəd subartezian quyusu qazılıb baş çatdırılb. Buradan götürülən su həcmi 250 kubmetr olan mövcud su anbarına ötürüləcək. Layihə çərçivəsində həmin su anbarı əsaslı təmir olunacaq və suyun kəndlərə təzyiqlə ötürülməsini təmin etmək üçün nasos stansiyası quraşdırılacaq.

Ümumilikdə bu layihə zamanı Tovuz rayonunun 5 kəndində 40 km su xətlərinin tikintisi və əhalinin ümumi istifadəsi üçün 175 ədəd bulağın quraşdırılıb istifadəyə tam hazırdır. Layihənin icrası nəticəsində Tovuz rayonunun Qədirli, Xatınlı, Çilovdarlı, Əlimərdanlı və Qaraxanlı kəndlərinin 12 mindən çox sakini keyfiyyətli içməli su ilə təmin ediləcək. Qeyd edim ki, indiyədək bu kəndlərdə içməli su şəbəkəsi mövcud olmayıb və əhali suya olan tələbatını uzaq məsafələrdən daşıyaraq ödəyirdi. Xüsusilə yay aylarında kəndlərin su təminatında çətinliklər yaranırdı.İndi mənim yaşadığım kənd də daxil olmaqla Qədirli, Xatınlı, Çilovdarlı, Əlimərdanlı və Qaraxanlı kəndlərində artıq bu sudan istifadə olunur."

YAP Tovuz rayon təşkilatı Gənclər Birliyinin sədri vurğulayır ki, ölkədə kənd təsərrüfatını iki böyük sahəyə ayırmaq olar ki, bunlardan əkinçilik və heyvandarlıq daxildir qeyd etdiyim bu iki böyük sahə rayonumuzda daha da inkişaf etməkdədir:

"Ölkəmizin əlverişli iqlim şəraiti, torpaq örtüyü əkin sahələrində müxtəlif növ bitkilərin becərilməsinə imkan verir. Bu əl verişli iqlim qurşaqlarından üç iqlim sahəsi rayonumuzda mövcuddur ki, bunlar Quru subtropik iqlim, Mülayim isti quru iqlim, Mülayim soyuq, meşə iqlimi sahələridir. Tovuz rayonunu ölkəmizin ən iri kənd təsərrüfatı rayonlarından biridir. Bu sahələrin dirçəldilməsi və daha da genişləndirilməsi sahəsində atılan dövlət proqramları barəsində danişarkən onu qeyd etməyi özümə borc bildim ki, deyim artiq Ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, Kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlərin dahda da genişləndirilməsi məqsədilə ölkəmizdə son 14 il ərzində dörd su anbarı tikilmişdir - bunlar Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları. Məlumat üçün qeyd edim ki, cənab Prezident İlham Əliyev fevralın 16-da Tovuz rayonuna səfəri çərçivəsində Tovuzçay su anbarının açılışında iştirak etmişdir. Tovuzçay su anbarı respublikanın qərbində, Tovuzçay və Axıncaçay çaylarının birləşdiyi ərazidə, Tovuz şəhərinin yaxınlığında yerləşir. Tovuzçay su anbarının tikintisinin davam etdirilməsi Azərbaycan Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilən və 2004-2008-ci illəri əhatə edən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na və 2005-ci il 14 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunan "Tədbirlər Planı"na daxil edilmişdir.2004-cü ildən başlanmış tədbirlərin davam etdirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir. Kənd təsərrüfatının inkişafı üçün çox vacib olan məsələlərdən biri böyük meliorativ tədbirlərin görülməsi idi . Sizinlə bir az əvvəl danışdığım "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasında nəzərdə tutulan layihələr çərçivəsində Tovuz əkinçilərinin, bağ-bağat sahiblərinin çoxdan arzusunda olduqları, sovet dövründən tikintisi yarımçıq qalan "Tovuzçay" su anbarlarının tikilib istifadəyə verilməsi çox mühüm hadisə oldu. Məhz bu anbarların tikilməsi kənd təsərrüfatıının inkişafında və rayonumuzda müstəsna rola malik oldu. Daha son zamanlar artıq dövlət proqramları nəticəsində ölkədə aqroparkların yaradılmasına başlanılıb. Aqroparkların yaradılması aqrar sahədə sahibkarlığın inkişafını daha da artırmaqdadır. Belə ki, aqroparkların yaradılması kəndli fermerlərin öz məhsullarının ixracı potensialının artırılmasında mühüm rol oynayır. Aqroparkların yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayır.

Eyni zamanda ən vacib bir istiqamət isə, kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələri inkişaf etdirilmiş, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşdırılmışdır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına buğda istehsalının stimullaşdırılması məqsədilə yardım verilməsi, toxumçuluq və damazlıq işləri üzrə müəyyən işlərin görülməsi, aqroservis xidmətlərindən güzəştli qiymətlərlə istifadə, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən kənd təsərrüfatı məhsullarıistehsalçılarına verilmiş güzəştli kreditlər kənd təsərrüfatı istehsalı sahəsində ilbəil dinamik inkişafın əldə edilməsini təmin edən amillərdən olmuşdur.Qeyri-neft sektorunun inkişafı istiqamətində regionlarda turizmin inkişafı prioritet olduğunu, turizm ehtiyatlarının genişləndirilməsi, turistlərin istirahəti, onların tələbatının ödənilməsi üçün zəruri olan turizm xidmətləri və digər mədəni tədbirlərin çeşidinin genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması, turizm obyektlərinin tikintisi ilə bağlı layihələrin icrası Dövlət proqramlarından irəli gələn müddəalarla təmin edildiyini bildirən Nihad Pənahov bildirir ki, turizmin inkişafına böyük təkanlardan biri nəqliyyat sahəsində aparılan böyük miqyaslı layihələrin reallaşmasıdır: "Qeyd edək ki, birinci proqram qəbul edilənə qədər ölkəmizdə bir beynəlxalq aeroportumuz var idi - Heydər Əliyev adına hava limanı. Artıq indi Azərbaycanda altı - Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala - beynəlxalq aeroportları istifadədədir. Eyni zamanda bir də yerli əhəmiyyətli Yevlax aeroportu da müasir tələblərə cavab verəcək, müasir standartlar səviyyəsində yenidən quruldu".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31