Ticarət əməliyyatlarının həcmi artıb
18 Dekabr 2018 12:57 İqtisadiyyat2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 28 milyard 214 milyon 292 min ABŞ dolları olub. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, on bir ayda ticarət əməliyyatlarının ümumi həcminin 10 milyard 295 milyon 486 min ABŞ dolları idxalın, 17 milyard 918 milyon 805 min ABŞ dolları isə ixracın payına düşür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31