Əhalinin banklardakı əmanətləri artıb

Mərkəzi Bankın məlumatına görə 2018-ci il noyabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artaraq 8140,0 milyon  manat  təşkil edib. "Olaylar" xəbər verir ki, əmanətlərin 63,5 faizi  xarici, 36,5 faizi  isə milli valyutada  qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 1,4 dəfə, xarici valyutada əmanətlər isə 1,6 faiz  artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31