ASK-nın qurultayı keçiriləcək
17 Dekabr 2018 15:38 İqtisadiyyatDekabrın 19-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) V Qurultayı keçiriləcək. SK-dan "Olaylar"a verilən məlumata görə, qurultay "Fairmont Baku" hotelində keçiriləcək. Tədbirdə Konfederasiyanın rəhbər orqanlarının hesabatı dinləniləcək, idarəetmə orqanları formalaşdırılacaq, eləcə də, təşkilatın fəaliyyətinin əsas istiqamətləri təyin olunacaq və məqsədləri müəyyən ediləcək. Qeyd edək ki, ASK-nın Nizamnaməsinə uyğun olaraq hər 4 ildən bir onun üzvlərinin ümumi yığıncağı - Qurultayı keçirilir. Qurultay ASK-nın ali idarəetmə orqanıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31