Məcburi köçkünlərin mal-qaralarına baytarlıq baxışı keçirilib
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Qubadlı Rayon Baytarlıq İdarəsinin səyyar baytar həkim briqadası tərəfindən qubadlıdan olan məcburi köçkünlərin saxladıqları mal-qaraya baytarlıq baxışı keçirilir.
17 Dekabr 2018 15:22 İqtisadiyyatKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Qubadlı Rayon Baytarlıq İdarəsinin səyyar baytar həkim briqadası tərəfindən qubadlıdan olan məcburi köçkünlərin saxladıqları mal-qaraya baytarlıq baxışı keçirilir. Nazirlikdən "Olaylar"a bildirilib ki, baytarlıq baxışı zamanı heyvanlar müayinə edilir, aşkar edilən xəstəliklərə qarşı müalicə işləri aparılır. Epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə əlaqədar qubadlılara məxsus mal-qara saxlanılan binaların dezinfeksiyası və dezinseksiyası da aparılıb. Qışlamaya hazırlıq ilə əlaqədar olaraq H.Z. Tağıyev qəsəbəsində məskunlaşan Kamal İsmayıl oğlu Məmmədova məxsus təsərrüfata baxış keçirilib, 650 kvadratmetr ərazidə dezinfeksiya işləri aparılıb.Heyvanlar saxlanılan binalarda aparılan tədbirlər zamanı almerdehyde, ektosan, kreolin, formalin, 5%-li kaustik soda və sair dezinfeksiyaedici və dezinseksiyaedici dərman maddələrindən istifadə edilib.Qeyd edək ki, cari ilin müvafiq dövrü ərzində 68500 kvadratmetr ərazidə dezinfeksiya tədbirləri aparılıb.