Daha 76 dövlət əmlakı hərraca çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi təşkil etdiyi növbəti hərraclardan biri 22 yanvar tarixində keçiriləcək. Komitədən “Olaylar”a bildirilib ki, bu dəfə hərraca ümumilikdə 76 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 33-ü kiçik dövlət müəssisə və obyekti, 20-si qeyri-yaşayış sahəsidir. Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir.

Əmlak Məsələləri Dövlət Komitəsi təşkil etdiyi növbəti hərraclardan biri 22 yanvar tarixində keçiriləcək. Komitədən "Olaylar"a bildirilib ki, bu dəfə hərraca ümumilikdə 76 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 33-ü kiçik dövlət müəssisə və obyekti, 20-si qeyri-yaşayış sahəsidir. Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir. Bu növ dövlət əmlaklarının ümumi faydalı sahəsi 12,2 kv.m ilə 11 min 266 kv.m arasındadır. İnvestorlar seçdikləri dövlət əmlaklarının fəaliyyətini bərpa etməklə yanaşı, həm də digər istiqamət üzrə yenidən quraraq gəlir qazana bilər. Oğuz rayonu, Kərimli kəndindəki anbar kompleksi 13 min kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb. Qeyd edək ki, bu dövlət əmlakının ümumi faydalı sahəsi 3 min 100 kv.m-dir. Ən yüksək ümumi faydalı sahəsi olan dövlət əmlakı Balakən şəhəri, Atatürk prospektində yerləşir.

Kiçik sahibkarlıq fəaliyyəti üçün uyğun olan qeyri-yaşayış sahələrindən 11-i paytaxtda, 4-ü Sumqayıtda, digərləri isə Gəncə, Ağdaş və Daşkəsəndə yerləşir. Ümumi faydalı sahəsi 5,8 kv.m ilə 162,9 kv.m intervalında olan bu obyektlər qiymət baxımından da hər kəsə uyğun ola bilər. Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsindəki dövlət əmlakının ümumi faydalı sahəsi 147 kv.m-dir. Sahibi bu qeyri-yaşayış sahəsindən həm ofis, həm də xidmət obyekti kimi istifadə edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31