ASK-nin növbəti qurultayı keçiriləcək
17 Dekabr 2018 14:41 İqtisadiyyatAzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Nizamnaməsinə uyğun olaraq hər 4 ildən bir onun üzvlərinin ümumi yığıncağı - Qurultayı keçirilir. Konfederasiyadan "OLAYLAR"-a bildirilib ki, qurultay ASK-nın ali idarəetmə orqanıdır. ASK-nın növbəti - V Qurultayı dekabrın 19-da "Fairmont Baku" hotelində keçiriləcək. Tədbirdə Konfederasiyanın rəhbər orqanlarının hesabatı dinləniləcək, idarəetmə orqanları formalaşdırılacaq, eləcə də, təşkilatın fəaliyyətinin əsas istiqamətləri təyin olunacaq və məqsədləri müəyyən ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31