Azərbaycan Rusiyaya enerji yardımı etdi
13 Dekabr 2018 19:10 İqtisadiyyatDekabrın 12-də Rusiya enerji sisteminin Artyom-Mahaçqala elektrik verilişi xəttində baş vermiş qəza açılması ilə əlaqədar olaraq, saat 08:52-dən 20:51-dək Azərbaycan enerji sistemi Rusiya enerji sisteminin Dağıstan enerji qovşağını (Dərbənd yarımstansiyası) 140-160 MVt gücündə elektrik enerjisi ilə təmin edib. "Azərenerji"dən verilən məlumata görə, enerji ixracı Azərbaycan ilə Rusiya arasında imzalanmış "Qəza vəziyyətində qarşılıqlı yardım Müqaviləsi" əsasında həyata keçirilib.
Qeyd edək ki, 2018-ci ilin iyul-noyabr ayları ərzində sözügedən müqavilə çərçivəsində hər iki enerji sistemində təmir-qəza rejimlərində elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə reallaşdırılıb. Bu xüsusda, elektrik enerjisinin Rusiyadan Azərbaycana idxalının həcmi 16,4 milyon kilovatt-saat, Azərbaycandan Rusiyaya ixracın həcmi isə 32,4 milyon kilovatt-saat təşkil edib.