“AtaTravel”dən yeni aksiya
10 Dekabr 2018 17:40 İqtisadiyyatYeni il bayramları və qeyri-iş günləri ərəfəsində Azərbaycanın qabaqcıl turoperatorlarından biri olan "AtaTravel" və "Edem Resort Medical & SPA" məşhur Ukrayna Bərpa Mərkəzinin birgə xüsusi aksiyası start götürüb. "OLAYLAR"-a daxil olan məlumata görə, müalicəni rahat istirahət ilə birləşdirmək istəyənlər üçün əlverişli təkliflər zərfi hazırlanıb.
Qeyd edək ki, Edem Resort Bərpa mərkəzi Qərbi Ukraynanın həqiqətən cənnət guşəsində yerləşir. Karpat dağlarının təmiz havası, gözyaşı kimi şəffaf suyu ilə seçilən mənzərəli göl, meşə və mülayim iqlim - təbiətin özü insanı dincəlməyə, təkliyə və harmoniyaya çağırır. Edem Resort Medical & SPA-nın ərazisində Morşin, Sxodnitsk, Mirqorod mineral suları, bioneft və özünün bulağı daxil olmaqla, qonaqlara müalicəvi mineral suların doqquz əsas tipini təklif edən unikal su qurğusu (büvet) işləyir. Su qonağın elektron kartı ilə bu qurğudan verilir və onun həkimi tərəfindən təyin edilmiş temperaturla tənzimlənir.
Edem Resort Medical & SPA-nın nümayəndəsi Iqor Stanqertin sözlərinə görə, hazırda "Sidikqovucu sistemin və böyrəklərin bərpası" və "Mədə-bağırsaq traktının və qara ciyərin bərpası" ilə bağlı yeni proqramlar işlənib hazırlanıb.