Xaçmaz rayonunda 23 min 558 nəfərə sığorta kartları verilib

Xaçmaz rayonunda artıq 23 min 558 nəfərə sığorta kartları verilib və bu proses davam edir. Rtv.az-ın məlumatına görə Azərbaycanda 63 yaşına çatan kişilər və 60 yaşına çatan qadınların azı 12 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququ var. Bunun üçün vətəndaşlar lazım olan sənədləri Sosial Müdafiə Fondunun yerli şöbələrinə təqdim etməlidir. Bu isə yaşlı nəslin çoxsaylı çətinliklərlə üzləşməsinə gətirib çıxarır. Bundan başqa prosesin həyata keçirilməsi də 3-5 ay vaxt tələb edir. Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair dövlət proqramı çərçivəsində pensiaların avtomatlaşdırılması prosesi həyata keçirilir. Bu isə öz növbəsində qeyd edilən problemlərin aradan qaldırılmasına səbəb olacaq. ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31