Daha 11 rayonda arıçılara subsidiya veriləcək
Kənd Təsərrüfatı Nazirliyində Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
5 Dekabr 2018 14:24 İqtisadiyyatKənd Təsərrüfatı Nazirliyində Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, iclasda 11 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 1249 arıçıya saxladıqları 31565 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 (on) manat hesabı ilə cəmi 315650 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.