Ramin Quluzadə: “Radiotezliklərin hərraclar vasitəsilə ayrılması üçün qanunvericiliyə dəyişikliklər hazırlanır”
5 Dekabr 2018 14:22 İqtisadiyyat"Beynəlxalq təcrübəyə əsasən radiotezliklərin hərraclar vasitəsilə ayrılması üçün qanunvericiliyə dəyişikliklər üzrə təkliflər paketi hazırlanır". Bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Bakutel-2018" XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində keçirilən Xəzər İnnovasiya Konfransında deyib. R.Quluzadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"nə əsasən 2020-ci ilədək 700-800 MHz tezlik diapazonunun LTE xidmətləri üçün ayrılmasının nəzərdə tutulduğunu qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31