Diplomatlar regionların inkişafı ilə tanış olublar

Ölkəmizdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərlərinin Xarici İşlər Nazirliyi tərəfindən Lənkəran şəhərinə və Astara rayonuna səfəri təşkil edilib.

Ölkəmizdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərlərinin Xarici İşlər Nazirliyi tərəfindən Lənkəran şəhərinə və Astara rayonuna səfəri təşkil edilib. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, regionların inkişafı ilə yaxından tanış olmaq və cənub bölgəsində həyata keçirilən sosial, iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə məlumatlanmaq məqsədilə təşkil olunan səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 70-dək nümayəndəsi iştirak edib. Səfər çərçivəsində səfirlik və beynəlxalq təşkilatların rəhbərləri Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi ilə də tanış olublar. Qonaqların diqqətinə çatdırılıb ki, DAİM-lərin yaradılmasında əsas məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işi gücləndirmək, elektron xidmətlər və innovativ texnologiyalardan istifadə etməklə bağlı maarifləndirmə işləri aparılmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31