Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dekabrın 4-ü dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Komitədən "Olaylar"a bildirilib ki,  bu dəfə də Elektron hərrac sistemindən istifadə edən vətəndaşlar əlavə vaxt itirmədən, məşğuliyyətdən uzaqlaşmadan seçdikləri dövlət əmlakının sifarişçisinə çevrildi. Şəffaflıq və məmnunluq prinsipləri əsasında yaradılan şərait  hərracda iştirakçıların fəallığını təmin etdi. Özəlləşməyə çıxarılan dövlət əmlaklarından 15-i hərracda öz sahibini tapdı. 4-ü kiçik dövlət müəssisə və obyekti, 4-ü qeyri-yaşayış sahəsi və 7-si nəqliyyat vasitəsi olan dövlət əmlakları üzrə ümumilikdə 21 sifariş qəbul edilmişdir. Verilən sifarişlərin özəlləşdirilən dövlət əmlaklarından çox olması hərracı rəqabətli etdi. Ofis və xidmət obyekti kimi istifadə üçün uyğun olan qeyri-yaşayış sahələrindən biri Səbail rayonu, A.İsgəndərov küçəsində yerləşir. Ümumi faydalı sahəsi 36.9 kv.m olan bu obyektin hərracında 2 sifarişçinin mübarizəsi təyin olunan qiyməti 2 dəfədən çox yüksəltdi. Belə ki, qalib iştirakçı ilkin qiyməti 13 min 500 manat olan əmlak üçün 28 min manat təklif etdi. Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, 9 ünvanındakı obyektin ümumi faydalı sahəsi isə 88.8 kv.m-dir. Paytaxt üzrə özəlləşdirilən digər qeyri-yaşayış sahələri isə Suraxanı rayonu ərazisində yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31