Nazirlik instituta direktor axtarır
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib.
4 Dekabr 2018 14:01 İqtisadiyyatAzərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib. Müsahibənin şərtləri nazirliyin rəsmi saytının "Elanlar" bölümünə yerləşdirilib. "Olaylar" xəbər verir ki, nazirlik həmçinin Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib. Bu müsahibənin şərtləri də nazirliyin rəsmi saytının "Elanlar" bölümünə yerləşdirilib. Müsahibədə iştirak etmək istəyənlər 10 dekabr 2018-ci il tarixinədək [email protected] ünvanına yaza və ya (012)493-37-48 nömrəsinə zəng edə bilərlər.