Vergi Məcəlləsinə dəyişikliklərdə hansı maraqlar nəzərə alınıb?

Azərbaycanın Vergi Məcəlləsinə 2019-ci il yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklər biznesin maraqlarını nəzərə alır və strateji yol xəritələrinə uyğun hazırlanıb. “Olaylar” xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva deyib. Qeyd edib ki, dəyişikliklər strateji yol xəritələrinə nazirlik qarşısında qoyulan öhdəliklərin icra olunmasına yönəlib: “Bu dəyişikliklərin hazırlanması prosesində sahibkarlarla görüşlər keçirilib və beynəlxalq tendensiyalar öyrənilib”.

Azərbaycanın Vergi Məcəlləsinə 2019-ci il yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklər biznesin maraqlarını nəzərə alır və strateji yol xəritələrinə uyğun hazırlanıb. "Olaylar" xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva deyib. Qeyd edib ki, dəyişikliklər strateji yol xəritələrinə nazirlik qarşısında qoyulan öhdəliklərin icra olunmasına yönəlib: "Bu dəyişikliklərin hazırlanması prosesində sahibkarlarla görüşlər keçirilib və beynəlxalq tendensiyalar öyrənilib".

S.Musayevanın sözlərinə görə, dəyişiklikləri beş istiqamətə ayırmaq olar: vergitutmanın şəffaflığının təmin olunması, vergitutma bazasının genişlənməsi, vergi idarəetməsinin təkmilləşdirilməsi, sahibkarlığın inkişafının dəstəklənməsi, güzəşt və azadolmaların iqtisadi səmərəliliyinin artırılması.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31