Türkmənistan Azərbaycanda ticarət evi açmaq niyyətindədir

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfedrasiyasında Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi-konsul Batur Rejepov ilə Azərbaycan Respublikası Sahibkarlar

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfedrasiyasında Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi-konsul Batur Rejepov ilə Azərbaycan  Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfedrasiyasının baş katib müavini Fuad Hümbətov arasında görüş təşkil olunub. Konfederasiyadan "Olaylar"a bilrilib ki, son zamanlar ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayan Batur Rejepov 21-22 noyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Türkmənistan Respublikasına rəsmi səfəri çərçivəsində hər iki dövlət başçısı arasında müxtəlif sahələr üzrə imzalanan 21 müqavilənin ikitərəfli münasibətlərin gələcəyi üçün əhəmiyyətindən bəhs edib. Görüşdə Türkmənistanın Bakıda ticarət evinn açılmasına dair müzakirə aparılıb. Diplomat bildirdi ki, açılması planlaşdırılan ticarət evində Türkmənistan istehsalı olan müxtəlif çeşidli tekstil məhsullarının, əl xalçalarının satışı nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31