159 arıçıya subsidiya veriləcək

Kənd Təsərrüfatı Nazirliyində Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi prosesində ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədilə Respublika Komissiyasının iclasında Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak ediblər. İclasda rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələrindən ibarət işçi qrupu yaradılıb.

Respublika Komissiyasının iclasında arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına 10 (on) manat subsidiyanın verilməsi ilə bağlı 6 rayon kommisiyasından daxil olmuş sənədlərə baxılıb, 159 arıçıya saxladıqları 4532 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 (on) manat hesabı ilə cəmi 45320 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.Rayon (şəhər) üzrə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin (pətəyin) miqdarı və hesablanmış subsidiyanın məbəği barədə məlumatlar Nazirliyin rəsmi internet  səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar"  bölməsində yerləşdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31