Telefon qovşaqlarının adları dəyişdirilib

"Bakı Telefon Rabitəsi" MMC-nin strukturuna daxil olan Telefon qovşaqları hazırda Rabitə Xidmətləri Mərkəzləri adı altında xidmət göstərir. Belə ki, Yasamal Telefon Qovşağı – 1 saylı Rabitə Xidmətləri Mərkəzi, Xətai Telefon Qovşağı – 2 saylı Rabitə Xidmətləri Mərkəzi, Nizami Telefon Qovşağı – 3 saylı Rabitə Xidmətləri Mərkəzi, Sabunçu Telefon Qovşağı – 4 saylı Rabitə Xidmətləri Mərkəzi, Xəzər Telefon Qovşağı – 5 saylı Rabitə Xidmətləri Mərkəzi, Qaradağ Telefon Qovşağı – 6 saylı Rabitə Xidmətləri Mərkəzi kimi fəaliyyətini davam etdirir.

"Bakı Telefon Rabitəsi" MMC-nin strukturuna daxil olan Telefon qovşaqları hazırda  Rabitə Xidmətləri Mərkəzləri adı altında xidmət göstərir.  Belə ki, Yasamal Telefon Qovşağı - 1 saylı Rabitə Xidmətləri Mərkəzi, Xətai Telefon Qovşağı - 2 saylı Rabitə Xidmətləri Mərkəzi, Nizami Telefon Qovşağı - 3 saylı Rabitə Xidmətləri Mərkəzi, Sabunçu Telefon Qovşağı - 4 saylı Rabitə Xidmətləri Mərkəzi, Xəzər Telefon Qovşağı - 5 saylı Rabitə Xidmətləri Mərkəzi, Qaradağ Telefon Qovşağı - 6 saylı Rabitə Xidmətləri Mərkəzi kimi fəaliyyətini davam etdirir. Bu barədə məlumat "OLAYLAR"-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqə sektorundan daxil olub.

Məlumat üçün bildirək ki, "Bakı Telefon Rabitəsi" MMC-nin şəbəkəsində mövcud olan 200-dən çox böyük və kiçik tutumlu ATS-lər vasitəsi ilə Rabitə Xidmətləri mərkəzlərində müxtəlif növ telekommunikasiya xidmətləri göstərilir, eyni zamanda bu xidmətlər üzrə sənədləşdirmə və ödənişlərin qəbulu həyata keçirilir.

Qeyd edək ki,  2017-ci ilin 19 iyul tarixində "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (BTRİB) yenidən təşkil olunaraq "Bakı Telefon Rabitəsi" MMC-yə çevrilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31