“Bilik Əsaslı İqtisadiyyata Keçid: Potensial İmkanlar” forumu
UNEC-də “Bilik Əsaslı İqtisadiyyata Keçid: Potensial İmkanlar” mövzusunda forum keçirilib. Forum UNEC Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) və “Yüksək Texnologiyalar Parkı” MMC-nin birgə əməkdaşlığı və “Bank Respublika”nın sponsor dəstəyi ilə təşkil olunub.
30 Noyabr 2018 13:22 İqtisadiyyatUNEC-də "Bilik Əsaslı İqtisadiyyata Keçid: Potensial İmkanlar" mövzusunda forum keçirilib. Forum UNEC Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) və "Yüksək Texnologiyalar Parkı" MMC-nin birgə əməkdaşlığı və "Bank Respublika"nın sponsor dəstəyi ilə təşkil olunub.
Olaylar.az bildirir ki, UNEC rektoru, professor Ədalət Muradov açılış nitqi ilə çıxış edərək, bilik əsaslı iqtisadiyyata keçidin əhəmiyyətini qeyd edib. Müasir dövrdə sırf praktikaya əsaslanan kadr hazırlığının o qədər də faydalı olmadığını qeyd edən rektor, nəzəri biliklərlə təcrübənin vəhdətinin zəruriliyini vurğulayıb. Rektor UNEC-də tədrisin, kadr hazırlığı prosesinin praktikanın tələblərinin nəzərə alınmaqla həyata keçirildiyini bildirərək, Azərbaycan Dövlət İqtisad Universitetində real sektor ilə geniş əməkdaşlığın qurulduğunu qeyd edib. UNEC-in Bilik İqtisadiyyatı Konsepsiyasının hazırlanmasına dair qərar verildiyni bildirən rektor bu istiqamətdə mümkün təkliflər üçün İqtisad Universitetinin hazır olduğunu qeyd etdi.
UNEC-in iş dünyası ilə birlikdə strateji əməkdaşlıq istiqamətlərindən biri "UNEC2B" Platformasıdır. Layihə çərçivəsində tədrisin əmək bazarının tələbələrinə uyğunlaşdırılması, sahibkarlıq universiteti modelinin yaradılması və məzunlarının işlə təmin olunmasında birgə fəaliyyət təmin edilir.
Forum çərçivəsində "Yüksək Texnologiyalar Parkı" MMC-nin direktoru Tural Kərimli cari tədbirdə təmsil etdiyin qurumun həmtəşkilatçı olmasından məmnunluğunu ifadə etdi. Universitet-dövlət-sənaye əməkdaşlığının aktuallığından və mümkün inkişaf perspektivlərindən bəhs edən qonaq Parkın əsas məqsədinin texnologiyalar sahəsində "start up"lara dəstək olduğunu qeyd etdi. Tədbir çərçivəsində "Bank Respublika"nın baş direktoru Elşad Vəliyev çıxış etmiş, tədbirin zəruriliyini vurğulayaraq, iştirakçılara uğurlar arzu etmişdir.
Forum çərçivəsində UNEC Empirik Tədqiqatlar mərkəzinin direktoru Xətai Əliyev çıxış etmiş, bilik iqtisadiyyatı konsepsiyası, bilik indeksi barədə ətraflı məlumat vermişdir.
Forumda dövlət və özəl sektordan nümayəndələr iştirak edib.