Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq
30 Noyabr 2018 12:46 İqtisadiyyatNoyabrın 30-da Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İsmayılov, Bünyadov, Anaşkin və Ş.Kamilov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. "OLAYLAR" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, təbii qazın verilişində məhdudiyyət istismarı dayandırılmış diametri 219 və 159 mm-lik qaz xəttinin ləğvi, qaz xətti üzərinə siyirtmənin quraşdırılması və qaz kəmərində aşkar olunmuş sızmanın ləğv edilməsi ilə əlaqədardır. Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31