I Beynəlxalq Elm və Texnologiya konfransı keçirilir

Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə I Beynəlxalq Elm və Texnologiya konfransı keçirilir. “OLAYLAR”-a daxil olan məlumata görə, beynəlxalq elmi-praktiki konfrans ali məktəb elmi işçilərini və müəllimlərini, mühəndis və texniki elmlər sahəsində mütəxəssisləri, doktorantları, aspirantları öz elmi-praktiki işlərinin nəticələrini bölüşmək və müzakirə etmək məqsədi ilə təşkil edilib. Konfransın açılış mərasimində AMEA-nın, Azərbaycan və dünyanın bir sıra dövlətlərinin ali təhsil müəssisəsinin rəhbər və əməkdaşları iştirak edib.Konfransa 10 ölkədən tərtibat qaydalarına uyğun 100-dən çox məqalə qəbul edilib.

Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə  I Beynəlxalq Elm və Texnologiya konfransı keçirilir. "OLAYLAR"-a daxil olan məlumata görə, beynəlxalq elmi-praktiki konfrans ali məktəb elmi işçilərini və müəllimlərini, mühəndis  və texniki elmlər sahəsində mütəxəssisləri, doktorantları, aspirantları öz elmi-praktiki işlərinin nəticələrini bölüşmək və müzakirə etmək məqsədi ilə təşkil edilib. Konfransın açılış mərasimində AMEA-nın, Azərbaycan və dünyanın bir sıra dövlətlərinin ali təhsil müəssisəsinin rəhbər və əməkdaşları iştirak edib.Konfransa 10 ölkədən tərtibat qaydalarına uyğun 100-dən çox məqalə qəbul edilib.

Konfransın açılış mərasimində BMU-nun rektoru, professor Havar Məmmədov çıxış edərək konfrans iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Bildirib ki, dünyanın müasir inkişaf səviyyəsinə çatmasında mühəndislik ixtisaslarının rolu danılmazdır. Bakı Mühəndislik Universiteti haqqında konfrans iştirakçılarına ətraflı məlumat verən rektor,  universitetdə 17 mühəndislik ixtisası üzrə kadr hazırlığının həyata keçirildiyini qeyd edib.

Konfransın plenar iclasında isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü akademik Vaqif Abbasov, ABŞ Florida Atlantik Universitetinin professoru İsaac Elishakoff, professor Natalya D. Vaysfelchr("39")d, professor Natiq Əhmədov məruzə ilə çıxış ediblər.

Konfransın işi plenar və seksiya iclaslarında azərbaycan, ingilis və rus dillərindədavam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31