Hökumət: Ermənistanın xarici borcu 4,2 milyard dolları ötəcək
Rəsmi İrəvan gələn il 160 milyon dollar borc qaytarmalıdır
31 May 2012 13:27 İqtisadiyyatErmənistanın xarici dövlət borcu 2012-ci ildə 3,9 milyard dollara çatacaq, gələn il ilə 4 milyard dolları ötəcək. Erməni saytı news.am-ın verdiyi məlumata görə, Ermənistan hökumətinin 2012-2015-ci illərdə borca nəzarət üzrdə strateji proqram layihəsində belə deyilir. Proqram layihəsi təsdiq üçün təqdim olunub. Proqram layihəsində Ermənistanın xarici borcunun 2004-cü ildə də artmaqda davam edəcəyi və 4,2 milyard dolları ötəcəyi planlaşdırılır. Ermənistan hökuməti üçün borcların qaytarılması ilə bağlı ən çətin il 2013-cü il olacaq. Rəsmi İrəvan gələn il 160 milyon dollar məbləğində xarici borcu geri qaytarmalıdır. Müqayisə üçün qeyd edək ki, bu il cəmi 65 milyon dollarlıq borcun qaytarılması nəzərdə tutulur.