ARDNŞ quru sahənin tədqiqatı çərçivəsində ekoloji hesabat hazırlayacaq
14 Fevral 2013 19:11 İqtisadiyyatARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi "Total E&P Azərbaijan" şirkətinin sosial və ətraf mühitə təsir haqqında hesabatın hazırlanması üzrə tenderin qalibi olub. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-in yaydığı məlumatda deyilir.
Məlumatda deyildiyi kimi, sənəd Azərbaycanda quruda geofiziki və geotexniki işlərin aparılması məqsədləri üçün vacibdir. Yaxın zamanlarda sənədin hazırlanması çərçivəsində Səngəçal qəsəbəsinin qərbində səhra tədqiqatalrına başlanacaq.
İdarə artıq sənədin hazırlanması üzrə ilkin işləri həyata keçirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31