“Biznesin maliyyələşdirilməsi və inkişafı üçün yeni imkanlar” mövzusunda konfrans keçiriləcək

"Astana" - Beynəlxalq Maliyyə Mərkəzinin təşkilatçılığı və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə noyabrın 30-da "Biznesin maliyyələşdirilməsi və inkişafı üçün yeni imkanlar"   mövzusunda konfrans keçiriləcək. Konfederasiyadan "OLAYLAR"-a bildirilib ki, konfransda alternativ maliyyə imkanları, müasir birja alətləri ilə ticarət kimi məsələlər müzakirə olunacaq.

İqtisadiyyatın real sektorunda fəaliyyət göstərən, aktivlərin idarə olunması ilə məşğul olan şirkət nümayəndələri və  maliyyə bazarları üzrə ekspertlər sözügedən tədbirdə iştirak edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31