Respublikanın 23 rayonunda 54 layihə başa çatdırılıb
2018-ci ilin 9 ayı ərzində dövlət başçısının imzaladığı sərəncamlara uyğun olaraq, respublikanın 23 rayonunda 54 layihə, o cümlədən 12 respublika əhəmiyyətli, 37 kəndlərarası, 2 Bakı şəhərinin qəsəbələrarası, 1 tunel tipli yol qovşağı və Sumqayit şəhərində 2 avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb.
26 Noyabr 2018 16:54 İqtisadiyyat2018-ci ilin 9 ayı ərzində dövlət başçısının imzaladığı sərəncamlara uyğun olaraq, respublikanın 23 rayonunda 54 layihə, o cümlədən 12 respublika əhəmiyyətli, 37 kəndlərarası, 2 Bakı şəhərinin qəsəbələrarası, 1 tunel tipli yol qovşağı və Sumqayit şəhərində 2 avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, hesabat dövründə respublikamızın ümumi istifadədə olan avtomobil yollarında qəzalı vəziyyətə düşmüş 9 körpü də təmir edilib. Bundan əlavə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisinə də başlanılıb. Bu layihələrin həyata keçirilməsi, 834 min nəfər əhalinin yaşadığı 494 yaşayış məntəqəsini əhatə edərək, onların 1223 km uzunluğunda rahat avtomobil yollarından istifadə etməsinə imkan verib.