Borclarla bağlı qaydalar dəyişir
Azərbaycanın xarici və daxili borcalmaları ilə bağlı qayda dəyişdirilir. Məlumata görə, bununla bağlı “Dövlət borcu haqqında” qanuna dəyişiklik edilir.
26 Noyabr 2018 14:09 İqtisadiyyatAzərbaycanın xarici və daxili borcalmaları ilə bağlı qayda dəyişdirilir.
Məlumata görə, bununla bağlı "Dövlət borcu haqqında" qanuna dəyişiklik edilir. Dəyişikliyə görə, qanunun 9-cu maddəsinin (Daxili dövlət borcalmaları) 9.1.3-cü bəndi və 10-cu maddəsinin (Xarici dövlət borcalmaları) 10.1.3-cü bəndləri ləğv edilir. "Dövlət borcu haqqında" qanunun 9-cu maddəsinin (Daxili dövlət borcalmaları) 9.1.3-cü bəndində göstərilib ki, Azərbaycan Respublikasının rezidentləri ilə bağlanmış müqavilələr üzrə dövlət zəmanəti ilə borc alına bilər. Sənədin 10-cu maddəsinin (Xarici dövlət borcalmaları) 10.1.3-cü bəndində isə qeyd edilib ki, Azərbaycan Respublikasının qeyri-rezidentləri ilə bağlanmış müqavilələr üzrə dövlət zəmanəti ilə borc alına bilər. Dəyişiklikdən sonra isə Azərbaycan Respublikasının rezidentləri və qeyri-rezidentləri ilə bağlanmış müqavilələr üzrə dövlət zəmanəti daxili və xarici borc alına bilməyəcək. Qanun layihəsinə dəyişikliklər Milli Məclisin noyabrın 27-i və 30-da keçiriləcək iclaslarında müzakirə ediləcək.