“Robot və dronların yürüşü” adlı seminar keçirilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT LAB Tətbiq və Tədris Mərkəzi AREA Robotexnika Mühəndisliyi Akademiyası ilə birgə uşaqlar və gənclər üçün “Robot və dronlar yürüşü” adlı seminar keçirib. Nazirliyin ictimaiyyətlə əlaqə sektorundan “OLAYLAR”-a bildirilib ki, seminar “Robopark” layihəsi çərçivəsində baş tutub.
26 Noyabr 2018 12:15 İqtisadiyyatNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT LAB Tətbiq və Tədris Mərkəzi AREA Robotexnika Mühəndisliyi Akademiyası ilə birgə uşaqlar və gənclər üçün "Robot və dronlar yürüşü" adlı seminar keçirib. Nazirliyin ictimaiyyətlə əlaqə sektorundan "OLAYLAR"-a bildirilib ki, seminar "Robopark" layihəsi çərçivəsində baş tutub.
Təlimin ilk hissəsində İKT LAB və AREA rəhbərləri açılış nitqi ilə çıxış edib. Məlumat verilib ki, hər iki qurum birgə robot və dron texnologiyaları üzrə təlimləri bundan sonra da davam etdirəcəklər.
Bildirilib ki, kiçik yaşlı uşaqlarla yanaşı, böyüklər də "Robopark" təlimlərində iştirak edə bilərlər.
Belə ki, 4-7 yaş üçün nəzərdə tutulan "ROBOMONTE" təlimi (montosori, robotexnika) 7 aylıq müddəti əhatə edir və kiçik yaşlı uşaqların məntiqi düşünmə qabiliyyətinin, eləcə də texnoloji biliklərinin artırılmasına hesablanıb.
4 ay ərzində davam edəcək "MƏN PİLOTAM" təlimi (dronların öyrənilməsi, yığılması, test edilməsi) isə 8-12 yaş məktəblilərə dron texnologiyalarını öyrənmək və əyləncəli vaxt keçirmək imkanı yaradacaq.