Nazir "ROSATOM"-un rəhbərliyi ilə görüşüb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfərdədir. Səfər çərçivəsində nazir Moskva şəhərində "ROSATOM" Dövlət Korporasiyasının rəhbərliyi ilə görüşüb.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfərdədir. Səfər çərçivəsində nazir Moskva şəhərində "ROSATOM" Dövlət Korporasiyasının rəhbərliyi ilə görüşüb.  Nazirliyin ictimaiyyətlə əlaqə sektorundan "OLAYLAR"-a bildirilib ki, görüş zamanı respublikamızda nüvə elmləri, bu sahədə maddi-texniki bazaların yaxşılaşdırılması və yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi müzakirə olunub. R.Quluzadə Azərbaycanda 2014-cü ildən etibarən  nüvə texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun dinc məqsədlərlə istifadəsi, həmçinin nüvə texnologiyaları sahəsində yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi və tədqiqatların genişləndirilməsi istiqamətində "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin fəaliyyət göstərdiyini bildirib.

O, hazırda ölkəmizdə  yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasına və tədqiqatların genişləndirilməsinə xüsusi diqqət ayrıldığını, aparıcı ali təhsil müəssisələrində bu sahə üzrə kadrların hazırlanmasına başlanıldığını qeyd edib.

Nazir Müstəqil  Dövlətlər  Birliyinin  Atom  Enerjisinin  dinc  məqsədlərlə istifadəsi üzrə dövlətlərarası komissiyada Azərbaycan Respublikasının da  təmsil olunduğunu xatırladıb.

Eyni zamanda nazir bildirib ki, bu gün milli kadrlar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi, Avropa Nüvə Tədqiqatları Mərkəzi və digər beynəlxalq elmi mərkəzlər tərəfindən həyata keçirilən qlobal elmi-texniki proqramlar üzrə təcrübə mübadiləsi aparır və birgə tədqiqatlarda iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31