Ən təhlükəli çaylarda sahilbərkitmə obyektlərinin layihələndirilməsi və tikinti işlərinin aparılmasına başlanıb

Prezident İlham Əliyevin sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılmasına dair sərəncamın icrası olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Qəbələ rayonu ərazisindəki Dəmiraparançay çayının sağ sahilində

Prezident İlham Əliyevin sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılmasına dair sərəncamın icrası olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Qəbələ rayonu ərazisindəki Dəmiraparançay çayının sağ sahilində Laza kəndi istiqamətində avtomobil yolunun və yaşayış məntəqələrinin mühafizəsi üçün 436.4 m uzunluğunda dəmir-beton üzlüklü mühafizə divarının, Samur-Abşeron kanalının Qudyalçayla kəsişməsində dükerin, Xanarx kanalının Qusarçayla və Qudyalçayla kəsişməsində akvedukların, Vəlvələçayda sugötürən qurğunun və Samur-Abşeron kanalının kəsişməsində dükerin mühafizəsi məqsədi ilə tikinti işləri başa çatdırıb. "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov "OLAYLAR"-a  bildirib ki, eyni zamanda respublikanın 15 rayonunda-Göyçay, İsmayıllı, Qəbələ, Oğuz, Ağsu, Şəki, Qax, Zaqatala, Balakən, Qusar, Astara, Lənkəran, Ağcabədi, Qazax və Gədəbəy rayonlarının ərazisindən keçən ən təhlükəli çaylarda sahilbərkitmə obyektlərinin layihələndirilməsi və tikinti işlərinin aparılmasına başlanıb.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31